Bakıda qadını avtomobil vurub

22 Sentyabr 2021 07:19

Bakının Suraxanı rayonunda bir nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Hövsan qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Məmmədova Sevinc Azər qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az