Bakıda yeniyetmə bıçaqlanıb

22 Sentyabr 2021 07:10

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Babayev Riyad Fuad oğlu əvvəllər mübahisə etdiyi şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Milli.Az