Meksikada avtobus bir neçə avtomobilə çırpılıb, ölənlər var

22 Sentyabr 2021 07:00

Meksikanın Halapa şəhərində (Verakrus ştatı) avtobus 5 avtomobilə çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar üzrə Regional İdarənin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, yol qəzası nəticəsində 2 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Milli.Az