Əhaliyə hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən hava dəyişəcək

21 Sentyabr 2021 22:23

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Milli.Az