Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlandı

21 Sentyabr 2021 17:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.

Qeyd olunur ki, R.T.Ərdoğanın rusiaylı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləsin müzakirə olunacağını bildirmişdi.

Milli.Az