Xalq Artistindən xanımına doğum günü sürprizi - VİDEO

21 Sentyabr 2021 20:36

Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Kreml sarayının səhnəsində keçirilən yubileyində ona sürpriz edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə Yusif Eyvazov Rusiyanın Xalq artisti Valeriya ilə "Любовь побеждает всё" ("Sevgi hər şeyə qalib gəlir"-red.) adlı mahnını duet oxuyub və onu səbəbkara həsr edib.

Duet zalda əyləşən tamaşaçıların çoxunu kövrəldib.

Qeyd edək ki, mahnının musiqisi Maksim Fadeyevə, sözləri isə Natalya Kasimtsevaya məxsusdur.

Milli.Az