Azərbaycanlı müğənni paltarlarını satışa çıxaracaq

21 Sentyabr 2021 20:18

Müğənni Günel Zeynalova da aparıcılıq edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda İnstaqram izləyicilərinin suallarını cavablandırarkən deyib. O bildirib ki, yaxın günlərdə Azərbaycanda aparıcı kimi tamaşaçı qarşısına keçəcək.

Həyatı haqda suallara isə Günel "Həyatım film kimidir. Çox şükür Allahıma, nə dilədimsə gerçəkləşdi. Olanlar da olacaq, yaşayıb görək" cavabını verib.

G.Zeynalova paltarlarının bir qismini satışa çıxaracağını bildirib.

"Eşq sizin üçün nə deməkdir? Eşqə küsdünüz" sualına Günel "Sevəndə bir başqa sevirəm. Gözəl sevirəm. Gözəl sevənə rastlasam, anlaşdığım, mübahisə etdiyim... Gəlsin, sevgidə, hörmətdə boğulaq. Beləsi varsa, kefimə dəyməyin" cavabını verib.

Milli.Az