Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

21 Sentyabr 2021 18:06

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:

"Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur".

Milli.Az