"Cenniferin dünyaya təsirinə heyranam"

21 Sentyabr 2021 20:30

Müğənni Cennifer Lopez sevgilisi Ben Affleklə eşq yaşamağa başladıqdan sonra ilk dəfə birgə müsahibə veriblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  "Adweek"ə danışan Cennifer karyerasından bəhs edərək öz timsalında hər irqdən olan insanın uğur qazana biləcəyini açıqlayıb.

Afflek öz növbəsində sevgilisinə heyran olduğunu bildirib:

"Cenniferin dünyaya təsirinə heyranam. Bir sənətçi kimi edə biləcəyim ən böyük şey insanlara təsir edən filmlər çəkməkdir. Cennifer isə insanlara bu ölkədə hər birinə yer olduğunu hiss etmələri üçün ilham verir. Tarixdə çox az adam bunu bacarıb. Mən bunu heç vaxt edə bilmərəm, amma bunu dəstəkləyirəm, hörmət edirəm və heyranam".

Cütlük yeni ildə bir yerdə olmaq üçün işlərinə ara verəcəklərini və övladları ilə birgə vaxt keçirəcəklərini qeyd ediblər.

Milli.Az