Atasının başını üzən qızın sözləri şok effekti yaratdı - "atamızı öldürdüm, gör ölməyibsə, həkim çağırın" - VİDEO

21 Sentyabr 2021 20:54

Bir müddət əvvəl həyat yoldaşından ayrılaraq Manisada atası ilə yaşamağa başlayan və psixoloji problemi olan Sultan Coşqun adlı qadın etdiyi hərəkətlə kəsi şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qadın atasının boğazını kəsib. Hadisədən sonra bacısının yanına gedən qadın cinayəti etiraf edərək deyib: "Atamı bıçaqladım, get gör ölüb? Ölməyibsə təcili yardım çağırın". Cinayətdən sonra nəzarətə alınan qadın günahını etiraf edib. Atası ilə davamlı mübahisə edən Coşqunun psixoloji problemləri olduğu və 3 ay əvvəl anasını itirdiyi bəlli olub. Qızın atası ilə mütəmadi dalaşdığını söyləyən Erol Kurnaz adlı şəxs "bir müddət əvvəl məhəllənin vətəndaşları ilə onları barışırdıq" deyib.

Milli.Az