"Qismət" şadlıq sarayında pozuntu aşkarlandı

21 Sentyabr 2021 14:36

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 10c ünvanında fəaliyyət göstərən "Qismət" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Milli.Az