Gürcüstanda koronavirusa yoluxanların sayı 598 mini ötüb

21 Sentyabr 2021 14:00

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 470 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 598 396, ölənlərin sayı isə 8 621 nəfərə çatıb. Virusa yoluxanlardan 565 773 (94%) nəfərin sağaldığı bildirilir.

Milli.Az