Peyvənd olunmayan hər kəs koronavirusun Delta ştammına yoluxa bilər

26 Sentyabr 2021 20:09

Peyvənd olunmayan hər kəs koronavirusun Delta ştammına yoluxa bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərədə Delta variantını araşdıran qrup aparılan tədqiqatların nəticəsini açıqlayıb.

Hesabatda peyvənd edilməyən hər kəsin Deltaya tutulacağı qeyd olunub.

Deltanın koronavirusun ilkin variantından daha yoluxucu olduğuna diqqət çəkilən hesabatda, iki doza peyvənd olunmaya şəxslərin Deltadan qorunmağının demək olar ki, mümkün olmadığı bildirilib.

Alimlər Pfizer- BioNTech peyvəndinin Delta variantının səbəb olduğu simptomatik xəstəliklərin qarşısının alınmasında 88 faiz təsirli olduğunu qeyd ediblər.

Milli.Az