Kişi üstündə küçənin ortasında saçyolduya çıxdılar - "məndən əl çəkmir, get özün danış" - VİDEO - FOTO

21 Sentyabr 2021 11:21

Boluda yaşayan qadın ərinin iraqlı qadınla münasibət qurması bəlli olduqdan sonra aləmi bir-birinə vurub. Ərinə qadınla münasibətlərinə son qoymağı tələb etdikdə, həyat yoldaşı ona "məndən əl çəkmir, telefon nömrəsini sizə verim, gedin danışın" deyib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bundan sonra qadın insanların gözü qarşısında ərinin oynaşı ilə bağlı dava salıb. Dava zamanı qadın "ərimi əlimdən aldın" deyə qışqırıb. Küçənin ortasında saçyolduya çıxan qadınları ətrafdakılar çətinliklə ayırıb.

Kamran Seyidov
Milli.Az