"Taliban"dan 250 qadın hakimlə bağlı sərt qərar- FOTO

21 Sentyabr 2021 13:24

Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" qəribə addımlar atmaqda davam edir.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu dəfə hərəkat 250 qadın hakimi işdən çıxarıb. Bundan əlavə, bu hakimlər tərəfindən həbs edilən minlərlə zorlama, məişət zorakılığı və qətl ittihamı ilə bağlı həbs edilənlər sərbəst buraxılıb.

Kamran Seyidov
Milli.Az