Pfizer/BioNTech, COVID-19 peyvəndlərinin 5-11 yaş qrupu uşaqlarda güclü immunitet yaratdığını açıqlayıb.
ABŞ-ın əczaçılıq şirkəti Pfizer ilə Almaniya şirkəti BioNTech, COVID-19 peyvəndlərinin 5-11 yaş qrupu uşaqlarda güclü immunitet reaksiyası yaratdığını və istifadəsinə icazə almaq üçün ən qısa müddətdə rəsmi orqanlara müraciət edəcəklərini açıqlayıblar.
Milli.Az xəbər verir ki, Pfizer/BioNTech-in yaydığı açıqlamada, peyvəndin faza 2 və faza 3 araşdırmalarında 5-11 yaş qrupu uşaqlarda, daha əvvəl 16-25 yaş qrupunda müşahidə etdiklərilə eyni immunitet reaksiyası (anticisim səviyyəsi) meydana gəldiyi qeyd edilib.
Milli.Az