Bu, hibrid müharibənin bir elementidir!

21 Sentyabr 2021 10:12

ABŞ Dövlət Departamentinin Dövlət Dumasına keçirilən seçkilərlə bağlı bəyanatı hibrid müharibənin bir elementidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

"Bu bəyanat heç bir ümumi reallıqla uzlaşmır", - deyə deputat bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin qeyri-azad, həqiqi prosedurlardan uzaq, beynəlxalq öhdəliklərin icra edilmədiyi şəraitdə keçirilməsi barədə bəyanat yaymışdı.

Milli.Az