Salvador prezidenti özünü diktator adlandırdı - FOTO

21 Sentyabr 2021 11:06

Salvador prezidenti Nayib Bukele "Twitter" səhifəsinin təsvirini dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı özünü "Salvador diktatoru" adlandırıb.

Qeyd edək ki, bir neçə gün öncə ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Əhali Bukelenin ardıcıl ikinci dəfə prezident seçkilərində iştirak etmə qərarına, eləcə də ölkədə kriptovalyutaların leqallaşdırılması və mümkün konstitusiya islahatlarına qarşı çıxış edib.

Nümayişçilər Salvador prezidentini diktator adlandırıblar.

Dövlət başçısının bu addımı isə əleyhdarlarına sarkastik cavab kimi qiymətləndirilir.

Milli.Az