“Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub

21 Sentyabr 2021 11:54

ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətlərinin ortaq istehsalı olan koronavirusa qarşı vaksinin uşaqlar üçün nəzərdə tutulmuş variantı klinik sınaqlardan uğurla keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat adıçəkilən şirkətlərin birgə bəyanatında öz əksini tapıb.

Qeyd olunub ki, preparat 5-11 yaşlıların COVID vaksinasiyası üçün hazırlanıb.

Hazırda peyvəndin sınaqlarının ikinci mərhələsi başa çatıb. Testlərdə 2 268 uşaq iştirak edib.

Milli.Az