Bakıda bu yollarda sıxlıq var - SİYAHI

21 Sentyabr 2021 09:09

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində - şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində - Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində - "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Həmçinin, Yusif Səfərov küçəsində - Cavanşir körpüsü istiqamətində, Babək prospektində - Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində - orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Milli.Az