Ər arvadını döyərək öldürdü

21 Sentyabr 2021 09:24

Oğuzda qadın öldürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az