Məşhur aktyor mağazada ölü tapıldı

20 Sentyabr 2021 21:50

90-cı illərin məşhur yumoristi Entoni Conson Los-Ancelesdə mağazaların birində ölü halda tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 55 yaşlı aktyorun meyiti aşkarlandıqdan sonra sağ olduğu ehtimal edilərək xəstəxanaya aparılıb. Consonun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Entonu Conson 50-dən çox filmdə və televiziya şousunda yer alıb. O, "stand-up"ları ilə məşhurdur.

Milli.Az