Teknofest festivalında Azərbaycanı təmsil edən ən gənc ixtiraçı

21 Sentyabr 2021 10:00

#TEKNOFEST2021 #STEAM #MTK

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi İmran Nəsibov və STEAM müəllimi Ələsgər Əsədov 21-26 sentyabr tarixlərində Türkiyədə keçirilən dünyanın ən mühüm texnologiya festivallarından biri sayılan Teknofest 2021-də Azərbaycanı təmsil edir. TEKNOFEST Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur.

İmranın təqdim etdiyi "Zəfər yolu" kosmik stansiya modeli bir neçə unikal keyfiyyətinə görə hazırki modellərdən fərqlənir. Bu model ilk öncə işləmə prinsipinə görə digər dizaynlardan seçilir. Modelin dizaynı modul xarakterlidir və ilkin vəziyyətində bir neçə fərqli ölçülü kürə şəkilli hissələrdən ibarətdir. Kosmik stansiyansiya: əsas idarəetmə modulundan, teleskopik strukturlu sistemdən ibarətdir. Əlavə sfera formalı hissələr isə, stansiya kosmosa göndərilən zaman bir-birinin daxilində yerləşir. Lazımi hündürlük əldə olunduqda qeyd olunan teleskopik strukturlu mexanizm işə düşüb stansiyanı işlək vaziyyətə gətirir. Gələcəkdə tələbata uyğun olaraq əlavə modullar ümumi sistemə heç bir problem olmadan inteqrasiya oluna bilir. Bu imkanı isə standart birləşmə mexanizmi verir, enerji təlabatı isə tam olaraq stansiyanın əsas modulunda və kürə modullarının üzərində yerləşən günəş panelləri tərəfindən ödənilir...
Ətraflı məlumat: https://www.mtk.edu.az/az/newsd/71-teknofest2021

Teknofest festivalı haqqında ətraflı məlumat: https://www.teknofest.org/

Milli.Az