Gəncədə ana və oğlunu avtomobil vurub

21 Sentyabr 2021 21:31

Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və oğlunu vurub. Onların hər ikisi xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az