Sərxoş halda oyun idarə edən referiyə ağır cəza

20 Sentyabr 2021 20:24

Moskva Xokkey Federasiyası "Spartak-Sporttex" və "Xarlamov Akademiyası" arasındakı matçın baş hakimi Yemelyan Mayorovu cəzalandırılıb. 

Milli.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İdman-İntizam Komitəsinin iclasında oyunu sərxoş vəziyyətdə idarə edən referi ömürlük diskvalifikasiya edilib.  

Qeyd edək ki, sentyabrın 19-da internetdə Mayorovun qeyri-müəyyən şəkildə buz üstündə bir neçə dəfə yıxıldığı video yayılıb. Bundan sonra baş hakimin meydana sərxoş halda çıxdığı bəlli olub. 

Milli.Az