Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə kövrəldi - VİDEO

20 Sentyabr 2021 20:30

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib.  

Milli.Az xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladını yad edib: 

"Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O, Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Şuşanın girişində şəhid oldu".

Övladını şeirlə salamlayan Əli Nur göz yaşlarını saxlaya bilməyib. 

Milli.Az