Səyyad Əlizadənin xanımı xəstəxanadan buraxıldı

20 Sentyabr 2021 14:53

Müğənni Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında sənətçinin oğlu Atabəy deyib. O bildirib ki, anası evə buraxılsa da karantindədir:

"Hələ onu görməmişəm, ayrı qalır. Koronavirus olduğu üçün karantini davam edir. Atamın isə səhhəti olduğu kimidir. Bir irəliləyiş yoxdur".

Qeyd edək ki, S.Əlizadə koronavirus infeksiyasına yoluxub. Sənətçi əvvəlcə Zığda modul tipli xəstəxanaya yerləşdirilib. Daha sonra ifaçı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. S.Əlizadə sünii komaya salınıb. O, sünii nəfəs aparatına qoşulub.

Milli.Az