Tibb universitetini atıb varlandı - Səbəbi hər kəsi şoka saldı - FOTOlar

20 Sentyabr 2021 17:54

Tibb universitetini tərk edən amerikalı tələbə açıq-saçıq fotolarını satmaqla özünə xeyli sərvət toplayıb.

Milli.Az The Sun-a istinadən xəbər verir ki, 21 yaşlı Kamila Elle təhsil müddətində maddi çətinliklə üzləşdiyini söyləyib. Dediyinə görə, universitet minimum maddi yardım göstərirdi və xərclərini ödəmək üçün kredit götürməli olub. Həmişə həkim olmaq arzusunda idi, amma stress və pul çatışmazlığı psixi sağlamlığına mənfi təsir göstərib.

Qeyd olunur ki, Florida Universitetində təhsilin dəyəri semestr üçün 21 min dollardan başlayır. "Nadir hallarda seksual şəkillər və videolar satırdım, amma heç vaxt buna girməmişəm. Daha sonra OnlyFans-a üzv oldum və nəinki yaxşı pul qazanmağa, həm də həyatıma məzmun yaratmaq prosesindən zövq almağa başladım" deyib. İndi isə qazancı ayda 150 min dollardır.

Kamran Seyidov
Milli.Az