Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

20 Sentyabr 2021 12:33

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Astraxan" və "Anatoliy Qujvin" hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Milli.Az