Ermənistanda COVID-19-dan ölənlərin sayı 5143 nəfərə çatıb

20 Sentyabr 2021 15:28

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 342 yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 253 600 nəfərə çatıb.

Son sutka ərzində Ermənistanda COVID-19-dan 12 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5143 nəfərə çatıb.

Milli.Az