Rusiyada universitet FACİƏSİ - 8 ölü, 19 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

20 Sentyabr 2021 12:43

12:43

Perm Dövlət Universitetinə silahlı basqın həyata keçirərək səkkiz nəfəri öldürən şəxsin internetdə fotosu və hadisədən bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşım yayılıb.

Yazı "VKontakte" sosial şəbəkəsi üzərindən paylaşılıb.

Timur Bekmansurov adlı istifadəçi yazdığı statusda qeyd edib ki, o, törətdiyi cinayəti çoxdan həyata keçirmək niyyətində olub:

"İllər keçdi və başa düşdüm ki, arzuladığım işi etmək zamanı yetişib".

Timur Bekmansurov 10-cu sinifdən etibarən odlu silah əldə etmək məqsədi ilə pul topladığını yazıb.

"2021-ci ilin mart ayında silah almaq üçün lazım olan pulu toplayıb bitirdim. 18 yaşım tamam olandan sonra isə lisenziya almaq üçün tələb olunan prosedurlara başladım", - Timur Bekmansurov adlı şəxs öz sosial şəbəkə hesabında yazıb.

11:53

Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə TASS məlumat yayıb.

İstintaq Komitəsindən hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilib.

---------

11:35

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Milli.Az bildirir ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.

Terroru törədən Timur Bekmansurov adlı şəxsdir. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

----------

11:11

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Milli.Az bildirir ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, azı bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Milli.Az