Gürcüstanda daha 34 nəfər koronavirusdan ölüb

20 Sentyabr 2021 14:34

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 662 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 595 926, ölənlərin sayı isə 8 575 nəfərə çatıb. Virusa yoluxanlardan 563 530 (94%) nəfərin sağaldığı bildirilir.

Milli.Az