Bülənt Ərsoy canlı yayıma sərxoş çıxıb? - VİDEO

20 Sentyabr 2021 13:46

"Star TV" ekranlarında yeni yayımlanmağa başlayan "Benzemez Heç kim" verilişində Bülənt Ərsoyun sərxoş halda efirə çıxdığı iddia edilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, məşhur sənətçi iddialara canlı yayımda cavab verib. Ərsoy "Ağzıma heç bir qurtum almadım. Olsa idi deyərdim" deyib. Bəzi sosial media istifadəçiləri Bülent Ersoyun canlı yayımda sərxoş olduğunu iddia ediblər. Qısa müddətdə müğənni haqqında çoxlu tvitlər atılıb.

Kamran Seyidov
Milli.Az