Messi ilə Poçettino arasında qalmaqal - VİDEO

20 Sentyabr 2021 13:10

Fransa çempionatının 6-cı turunda baş tutan PSJ - "Lion" (2:1) matçının 76-cı dəqiqəsində əvəzlənən Lionel Messi baş məşqçi Maurisio Poçettinonun qərarına qarşı çıxıb.

Milli.Az xəbər verir ki, argentinalı ulduz meydandan çıxarılmasına etiraz edib. 

Poçettino meydanı tərk edən futbolçuya əl uzadıb təşəkkür etmək istəsə də, Messi ona cavab verməyib. Leo həmyerlisinə niyə meydandan çıxarıldığını soruşub.

Milli.Az