Ölənlərin sayının 1 milyonu aşmaması üçün...

20 Sentyabr 2021 10:34

Amerikada daha çox vətəndaş peyvənd edilsə, ölkədə COVID-19-dan ölənlərin sayı 1 milyonu aşmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın baş infeksionist mütəxəssisi Entoni Fauçi deyib.

"İmkanlarımız və təhlükəsiz peyvəndlərimiz var", - Fauçi bildirib.

Qeyd edək ki, bir müddət öncə Ağ Evin sözçüsü Cen Psaki ABŞ məmurlarını koronavirus peyvəndindən imtina etdikləri təqdirdə işdən çıxaracaqları ilə hədələmişdi.

Milli.Az