BMT-dən ABŞ və Çinə çağırış: Yeni müharibə...

20 Sentyabr 2021 10:04

ABŞ ilə Çin arasında artan ziddiyyətlərin dünya üçün təhlükəli olduğunu bildirir və onları yeni Soyuq müharibədən qaçmağa çağırıram.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində deyib.

"İki ölkənin qarşıdurmasının dünya üçün təhlükəli olduğunu düşünürəm. Yeni bir Soyuq müharibədən qaçmalıyıq, çünki köhnə Soyuq müharibəni idarə etmək daha asan idi. İndi daha çətindir", - deyə o bildirib.

Onun sözlərinə görə, risklər müxtəlifdir: dünya iqtisadiyyatının bölünməsi ehtimalından və ziddiyyətli hərbi doktrinaların yaranmasından tutmuş, süni intellektin inkişafı üçün fərqli strategiyalara qədər.

Milli.Az