Həkim Xatirəyə şərt qoydu

20 Sentyabr 2021 10:16

Müğənni Xatirə İslam sosial şəbəkədə izləyicilərindən kömək istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi təcili arıqlamağın yollarını axtardığını yazıb. O bildirib ki, bu şərti ona həkimi qoyub.

"Təcili şəkildə 5 kiloqram çəki atmağa nə kömək edə bilər? Həkimə söz vermişəm. 1 həftə, uzağı 10 günə ərzində arıqlamalıyam. Amma ziyansız olsun" deyə, Xatirə bildirib.

Qeyd edək ki, Xatirə bundan əvvəl artıq çəkidən azad olmaq üçün plastik əməliyyat etdirmişdi.

Milli.Az