Britaniyada son sutkada koronavirusdan 56 nəfər həyatını itirib

19 Sentyabr 2021 23:29

Böyük Britaniyada son sutka ərzində 29 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 429 746 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 56 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 203 nəfərə çatıb.

Milli.Az