Səyyad Əlizadə ilə bağlı üzücü xəbər: Qohumu açıqladı

19 Sentyabr 2021 22:16

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır: "Hələ ki, Səyyad bəyin səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edir"

O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

Milli.Az