Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "NİVA" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az