Cəlilabadda qədim məzarlıq aşkarlandı - FOTOlar

19 Sentyabr 2021 17:07

Cəlilabad rayonunda qədim məzarlıq aşkarlanıb.

Milli.Az xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində tapılıb.

Məzarlığı bu ərazidə arxeoloji qazıntılar apararkən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları tapıb.

Qəbirlər Miladdan öncə yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə yerləşir. Qəbirlər üzü şərq istiqamətindədir.

Milli.Az