Türkiyə ordusu PKK terrorçularını məhv edib

19 Sentyabr 2021 11:06

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.

Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.

Milli.Az