Gürcüstanda son sutka COVID-19-a 1 501 yoluxma qeydə alınıb, 43 nəfər ölüb

19 Sentyabr 2021 10:54

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 501 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 595 264 nəfərə, ölənlərin sayı isə 8 541 nəfərə çatıb. Virusa yoluxanlardan 559 996 (94%) nəfərin sağaldığı bildirilir.

Milli.Az