Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

18 Sentyabr 2021 19:43

Ermənistanın paytaxtı Yerevanda polis rəisinin müavini, polkovnik Vaqe Enokyan avtomobillə vurulub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə sentyabrın 17-də axşam saatlarında baş verib. Sürücünün kimliyi, avtomobilin markası və nömrəsi dəqiqləşdirilməyib.

Sürücü zərərçəkəni köməksiz qoyaraq hadisə yerindən uzaqlaşıb.

Hazırda polis polkovniki xəstəxanaya yerləşdirilib.

Milli.Az