Merkelin şirniyyatı hazırlandı - FOTO

18 Sentyabr 2021 17:48

Şirniyyat firmalarından biri Almaniya Kansleri Angela Merkelin başı formasında marçipan hazırlayıb.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, əllə hazırlanan şirniyyatlar pensiyaya çıxmağa hazırlaşan Kanslerə uğurlar arzulamaq məqsədi ilə parlament seçkilərindən iki həftə əvvəl satışa buraxılıb.

Qeyri-adi marçipanın bir ədədinin qiyməti isə 4,95 avrodur (təxminən 10 manat).

Qeyd edək ki, Angela Merkel 16 illik vəzifəsi ilə sentyabrın 26-da vidalaşacaq. O, ayda 15 min avroya (təxminən 30 min manat) yaxın təqaüd alacaq.

Milli.Az