Bu ölkədə bir gündə 22 milyon nəfər vaksinləndi

18 Sentyabr 2021 14:06

Hindistanda sentyabrın 17-də 22 milyondan çox sakin koronavirusa qarşı peyvənd olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, ölkədə vaksinlənmə sayına görə yeni rekorddur.

Qeyd olunur ki, tibb işçiləri bu göstəricini Hindistanın baş naziri Narendra Modinin doğum gününə həsr ediblər.

Ölkədə bundan əvvəlki rekord göstərici avqustun 27-də qeydə alınmışdı. Həmin gün 13 milyon nəfər vaksin olunmuşdu. Bugünədək ölkədə hər iki doza ilə vaksin olunanların sayı 787 milyon nəfərə çatıb.

Milli.Az