İstanbulda öz toylarına gedən cütlük qəzaya düşdü - Ölənlər var

18 Sentyabr 2021 12:12

Türkiyənin İstanbul şəhərində nikah bağladıqdan sonra Adanadakı toylarına gedən cütlük qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün də içində olduğu maşın arxadan TIR-a çırpılıb.

Nəticədə, iki nəfər ölüb, dördü isə yaralanıb.

Hadisə yerinə çox sayda polis və tibbi yardım cəlb edilib.

Qəzada ölənlər bəyin ata və anasıdır.

Yaralılar Aksaray Tədris və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az