Messi PSJ-də nə qədər maaş alır? - MƏBLƏĞ

18 Sentyabr 2021 10:48

Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messinin klubdakı maaşı bəlli olub. 

Milli.Az xəbər verir ki, bu barədə "LEquipe" nəşri məlumat yayıb. 

Bildirilib ki, 34 yaşlı hücumçu ilk ildə 30 milyon avro qazanacaq.

Argentinalı forvard növbəti iki mövsüm Paris təmsilçisində qalsa, sadiqlik bonusu sayəsində onun məvacibi 10 milyon avro artacaq. 

Qeyd edək ki, mövsümün əvvəlində İspaniyanın "Barselona" klubundan ayrılan Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. 

Milli.Az