“Neftçi” transferini rəsmiləşdirdi: Argentinalı futbolçu...

18 Sentyabr 2021 11:12

"Neftçi" növbəti transferini həyata keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı hücumameylli yarımmüdafiəçi komandanın heyətində 7 nömrəli formanı geyinəcək.

Xorxe Korrea Argentinanın "Veles Sarsfild" (2010-2018), "Defensores de Belqrano" (2012-2013) və Portuqaliyanın "Maritimu" (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə "Veles Sarsfild"lə Argentina Superkubokunu qazanıb.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər - Romen Bask, Huqo Basto və hücumçular - Ramon Maçado, Tiaqo Bezerranı transfer edib.

Milli.Az