Şəhid Rəvan Bünyadlı Vətən müharibəsi zamanı böyük şücaət göstərib - VİDEO

18 Sentyabr 2021 10:30

Torpaqlarımızın düşmən tapdağından azad edilməsində canını fəda edən qəhrəmanlarımızdan biri də Qax sakini Rəvan Bünyadlıdır. O, 2001-ci il avqustun 5-də rayonunun Almalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşüb.

Milli.Az XƏZƏR TV-yə istinadən bildirir ki, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edən Rəvan qısa müddət ərzində nümunəvi xidməti, cəsurluğu ilə özünə hörmət qazanır.

44 günlük Vətən müharibəsi başlayanda hərbi xidmətini davam etdirən Rəvan təcrübəli əsgər kimi döyüşlərə qatılıb. Tərtər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

20 yaşında şəhadətə yüksələn qəhrəman döyüşçümüz  ölümündən sonra "Vətən Uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az